Xəzri istirahət və sağlamlıq mərkəzi

Tibbi Xidmətlər


Əsasən təbii müalicə preparatları və reabilitasiya prosedurlarından istifadə etməklə yorğunluq götürülür, əsəblər sakitləşir, orqan və sistemlərin pozulmuş fəaliyyəti normallaşdırılır. 

Bunun üçün istifadə olunan ən yeni model fizioterapevtik aparatlar: 

 Sizin sağlamlığınıza kömək edəcəkdir, əsasən sümük-oynaq-əzələ sistemi xəstəlikləri (artritlər, miozitlər, tendovaginitlər, çıxıqlar, sınıqlar, osteoxondroz və s.) və nevritlər, daxili orqanların xroniki xəstəlikləri (ürək-damar, ağciyər, mədə-bağırsaq, xroniki prostatit, impotensiya və s.).  

Bunlardan əlavə orqanizmə sağlamlaşdırıcı və cavanlaşdırıcı təsir göstərən plazmaferez cihazı (Model A-200) ilə müalicəvi və profilaktik məqsədlə aparılan prosedurlardan da istifadə edilməklə zəifləmiş immun sistemi bərpa edə (allergik, infeksion və virus xəstəliklərində), orqanizmi uzun illərdən bəri yığılmış zərərli maddələrdən təmizləyə bilərsiniz.

 Bütün xəstələr həkim müayinəsindən, qarın boşluğu üzvlərinin ultrasəslə müayinəsindən və elektrokardioqrammadan keçir və xəstəliyinə uyğun müvafiq tibbi proseduralar təyin edilir. 

Tibbi prosedurlar ödənişlidir.