Xəzri istirahət və sağlamlıq mərkəzi

Restoranlar, kafe və barlar

Karamel Restoranı - 170 nəfərlik “a la carte” açıq bufet restoranı, möhtəşəm dəniz mənzərəsi, Azərbaycan, Türk və dünya mətbəxindən hər zövqə uyğun yeməklər, seçmə şərablar və digər ləziz nemətlər.

Balıq restoranı - dəniz kənarında yerləşən ikimərtəbəli, milli və dəniz məhsullarından hazırlanmış dadlı xörəkləri ilə müştərilərin rəğbətini qazanmışdır.   

“Snack”, “Lobbi”, “Fan” barları, çimərlik zonasının yanındakı kafe qonaqlara çay və qəhvə, sərinləşdirici və spirtli içkilər, şirniyyat, yüngül qəlyanaltılar və s. təklif edir, hər birindən dənizə gözəl mənzərə açılır, istirahətin daha rahat keçirilməsi üçün əlverişli şərait yaradır. 

İstarahətçilərin sağlamlığını nəzərə alaraq qapalı hovuzda yerləşən “Vitamin” barında müxtəlif kokteyllər, təbii şirələr və meyvə suları təklif edilir, spirtli içkilərin satışına icazə verilmir.